“Müstəqillik haqqında bəyannamə” müzakirə ediləcək
Bizi izləyin

Dünya

“Müstəqillik haqqında bəyannamə” müzakirə ediləcək

İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya vilayətinin parlamentində müstəqillik mövzusunun müzakirəsinə icazə verib. Məhkəmə hesab edir ki, belə bir müzakirənin aparılması ölkə qanunlarına zidd deyil.

İspaniyalı ekspertlər bildirirlər ki, bu, Kataloniyanın müstəqilliyinin dövlət tərəfindən qəbul olunması demək deyil. Bu qərar katalonlara danışmaq, fikirlərini açıq bildirmək imkanı verir. Kataloniya parlamenti hətta “müstəqillik haqqında bəyannamə”ni qəbul etsə belə onun heç bir hüquqi qüvvəsi olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm