Netanyahu ABŞ-a səfər edib
Bizi izləyin

Dünya

Netanyahu ABŞ-a səfər edib

İsrail baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə danışıqlar aparmaq üçün Vaşinqtona yola düşüb. Bu, İsrailin sərt etiraz bildirdiyi İranla nüvə razılaşmasının əldə olunmasından sonra iki liderin ilk görüşü olacaq.

Hətta iyul ayında razılıq əldə olunmamışdan əvvəl də Netanyahu ABŞ Konqresi qarşısında çıxışı zamanı bu razılığın yaxşı saziş olmadığına dair fikirlərini ifadə etmişdi.

Prezident Obama Netanyahunun ABŞ-a səfəri zamanı İsraildə seçkilərə səbəb gətirərək onunla görüşməmişdi.

Sabah keçiriləcək görüşdə isə iki lider İsrail və fələstinlilər arasında 6 həftədir davam edən zorakılıqlar haqda müzakirələr aparacaq. Onlar gərginliklərin azaldılması yollarını müzakirə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm