13 il sonra təkrarlanan 18 noyabr sürprizi
Bizi izləyin

Dünya

13 il sonra təkrarlanan 18 noyabr sürprizi

Türkiyədə 2002-ci ildə ilk dəfə iqtidara gələn Rəcəb Tayyib Ərdoğanın başında olduğu Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti 13 ildən sonra, yəni 2015-ci ilin 1 noyabr seçkilərində qələbə qazanandan sonra, noyabrın 18-də yenidən fəaliyyətə başlayacağı gözlənilir.

Publika.az-ın xarici mediaya itinadən verdiyi məlumata görə, Türkiyədə 1 noyabr seçkilərinin yekun nəticələrinin noyabrın 12-də açıqlanması, noyabrın 17-də isə yeni seçilən millət vəkillərinin andiçmə mərasiminin keçirilməsi nəzərdə tutulur.

Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu noyabrın 18-də təkbaşına hökuməti qurmaq tapşırığı verdiyi təqdirdə, Türkiyədə yeni hökumət formalaşacaq. Bununla da 18 noyabr tarixi AKP hökumətinin ikinci dəfə fəaliyyətə başlayacğı gün olacaq.

Türkiyə mediası da yazır ki, AKP 18 noyabr tarixində sürpiriz hazırlayır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm