Rusiya Elmlər Akademiyasının binasında partlayış: 1 ölü
Bizi izləyin

Dünya

Rusiya Elmlər Akademiyasının binasında partlayış: 1 ölü

Rusiya Elmlər Akademiyasının binasında partlayış olub.

Publika.az ТАSS Agentliyinə istinadən xəbər verir ki, hadisə Akademiyanın binasında freonla dolu qaz balonun partlaması nəticəsində baş verib.

Hadisə nəticəsində 1 nəfər həlak olub.

Şəhər polisi faktı təsdiqləyib və ölən şəxsin avadanlıqlara xidmət zamanı baş verən partlayışdan öldüyünü bildiriblər.

Hazırda ərazidə operativ təhqiqat qrupu işləyir və hadisənin səbəbi araşdırılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm