Türkiyədə döyüşlər gücləndi - ölü və yaralılar var
Bizi izləyin

Dünya

Türkiyədə döyüşlər gücləndi - ölü və yaralılar var

Türkiyənin Diyarbəkr vilayətinin Silvan mahalında təhlükəsizlik gücləri terrorçulara qarşı əməliyyatları davam etdirir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, mahalın Təkəli, Konak və Məscid məhəllələrində küçəyə çıxma qadağası 7-ci gününə daxil olub.

Hər keçən gün qarşıdurmaların gücləndiyi mahalda polis bu gün səhər saatlarında zirehli texnika ilə sözügedən məhəllələrə girib. Xəndəkləri bağlamaq və terrorçuları zərərsizləşdirmək üçün məhəllələrə girən polisə terrorçuların atəş açması nəticəsində qarşıdurma başlayıb.

Qarşıdurmalarda 45 yaşındakı taksi sürücüsü Mehmet Gündüz ölüb, 1-i polis olmaqla 5 nəfər yaralanıb. Digər yaralıların terror təşkilatı ilə əlaqəsinin olub-olmadığı məlum deyil.

Silah və partlayış səslərinin eşidildiyi mahalda qarşıdurmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm