Amerikalı səfir: “Bu, Obama dövründə mümkün deyil”
Bizi izləyin

Dünya

Amerikalı səfir: “Bu, Obama dövründə mümkün deyil”

“İsrail-Fələstin probleminin həlli Barak Obama dövründə mümkün deyil”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki səfiri Dan Şapiro İsrail radiosuna açıqlamasında deyib.

“Biz “iki dövlətli həll”ə inanırıq, ancaq təəssüf ki, Obama Ağ Evdə olduğu müddətdə bu planı həyata keçirmək mümkün deyil. Bununla belə bu planı dəstəkləyir və həyata keçirilməsi üçün çalışırıq”, - amerikalı səfir söyləyib.

Qeyd edək ki, “iki dövlətli həll” 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin tanınmasını nəzərdə tutur. Planın qarşısındakı ən əhəmiyyətli maneə isə İsrailin daha əvvəlki müqavilələrdə söz verməsinə baxmayaraq, Qərbi Şeria və Şərqi Qüdsdə məskunlaşma siyasətini davam etdirməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm