Hərbçilər tələyə düşdü: 1 ölü, 1 yaralı
Bizi izləyin

Dünya

Hərbçilər tələyə düşdü: 1 ölü, 1 yaralı

PKK terror təşkilatı Hakkaridə hərbi konvoya hücum edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yüksəkovada baş verən atışmada bir əsgər şəhid olub, bir polis yaralanıb.

Məlumata görə, Şemdinli mahalından Yüksəkovaya gələn hərbi konvoy Cümhuriyyət Məhəlləsində tələyə düşüb. Terrorçular hərbçiləri iriçaplı silahlardan atəşə tutublar. Nəticədə bir əsgər şəhid olub.

Hərbçilərin yardımına gələn polis idarəsinin əməkdaşları ilə terrorçular arasında baş verən atışmada isə bir polis yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm