• USD 1,7000 0,00% EUR 2,0246 +0,54%
    • GBP 2,2714 +0,25% RUB 0,0225 +0,44%

Başlandı! Urmiyada azərbaycanlı öldürüldü

  • Dünya
  • 10 Noyabr 2015 17:37
  • 1 376 Baxış
Başlandı! Urmiyada azərbaycanlı öldürüldü

İranda baş verən aksiyalarda bir azərbaycanlı öldürülüb. Yerli mənbələrdən daxil olan məlumata görə, Əli Əkbər Murtaza oğlunun Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində öldürüldüyü bildirilir.

Əli Əkbər aksiyada iştirak etdiyi vaxt polis və təhlükəsizlik qüvvələri etirazçılara hücum edib. O, yaranan qarşıdurma zamanı aldığı zərbədən həyatını itirib.

Qeyd edək ki, ötən gün İranda Azərbaycan türkləri izdihamlı etiraz aksiyaları keçirib. Aksiya iştirakçıları noyabrın 6-da İranın “Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər. Etirazlar Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda baş tutub. Polis və təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib. Çoxlu sayda yaralı var. Bir neçəsi ictimai fəal olmaqla onlarla aksiya iştirakçısı saxlanılıb.(APA)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR