İŞİD üzvlərinin sayı açıqlandı
Bizi izləyin

Dünya

İŞİD üzvlərinin sayı açıqlandı

2015-ilin birinci yarısında İŞİD üzvlərinin sayı 80 minə yaxınlaşıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktor müavini Yevgeni Sisoyev deyib.

“İŞİD-in Suriyada 50 min, İraqda isə 30 minə yaxın döyüşçüsü var. İŞİD üzvlərinin sayı bir çox dövlətin hərbi qüvvəsindən çoxdur. Terror təşkilatına qoşulan 30 min əcnəbi döyüşçünün əksəriyyəti Şimali Afrika və Şərq ölkələrindəndir. Keçmiş Sovet ölkələrindən qatılanların sayı 7 minə yaxındır. Ümumilikdə isə 80 ölkədən İŞİD-ə qoşulanlar var”, - deyə Sısoyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm