• USD 1,7000 0,00% EUR 2,0344 +0,36%
    • GBP 2,2677 -0,22% RUB 0,0224 -0,45%

Türkə düşmən olan baş nazir öldü

  • Dünya
  • 11 Noyabr 2015 00:37
  • 1 074 Baxış
Türkə düşmən olan baş nazir öldü

Almaniyanın əfsanə baş nazirləri arasında olan Helmut Şmidt vəfat edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şəxsi həkimi 96 yaşındakı keçmiş baş nazirin yerli vaxtla saat 14:30 radələrində vəfat etdiyini açıqlayıb.

Uzun müddətdir xəstəxanada müalicə alan Helmut Şmidt evində dünyasını dəyişib. Son günlərdə vəziyyəti xeyli pisləşən Helmut sentyabr ayında əməliyyat olunmuşdu.

23 dekabr 1918-ci ildə Hamburqda dünyaya gələn Helmut 1967-1969-cu illərdə müdafiə və maliyyə naziri vəzifələrində çalışıb. O, 1974-1982-ci illərdə isə Almaniya Federativ Respublikasının baş naziri olub.

Helmut tam bir Türkiyə düşməni idi. “Türkiyəyə Avropa Birliyinə namizədlik statusunun verilməsi səhvdir. Hətta Sevr müqaviləsinin imzalanmış olmasına baxmayaraq Türkiyənin bölünməmiş olması da bir səhvdir. Avropa Birliyinin gələcəyində nə olursa-olsun Türkiyənin yeri yoxdur, 70 milyon türkü Avropanın içində dolaşdıra bilmərik”, - keçmiş baş nazir bildirirdi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR