FTX rəsmisi: “İŞİD-in 7 min üzvü MDB-nin payına düşür”
Bizi izləyin

Dünya

FTX rəsmisi: “İŞİD-in 7 min üzvü MDB-nin payına düşür”

“Bu ilin ilk yarısında İŞİD terror təşkilatının üzvlərinin sayı 80 minə yaxınlaşıb ki, bunların da 50 mini Suriyada, 30 mini isə İraqda fəaliyyət göstərir”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sədr müavini Yevgeniy Sisoyev bəyan edib.

Onun sözlərinə görə, İŞİD terror təşkilatının silahlı üzvlərinin sayı bir çox ölkələrinin hərbçilərinin sayından da çoxdur. Y.Sisoyev deyib ki, İŞİD üzvlərinin əksəriyyətini Yaxın Şərq və Şimali Afrika ölkələrindən terror təşkilatına qatılan insanlar təşkil edir:

“Bundan əlavə, İŞİD-in 7 min üzvü MDB ölkələrinin payına düşür. Əldə etdiyimiz məlumatlara görə, 80 ölkədən İŞİD-ə qoşulanlar var. Bu terror təşkilatının əcnəbi üzvləri isə daha çox Fransa, İngiltərə, Almaniya, ABŞ, Kanada, Səudiyyə Ərəbistanı və Mərakeş Krallığındandır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm