İrəvanda qadın azyaşlı uşaqları ilə birlikdə özünü yandırdı
Bizi izləyin

Dünya

İrəvanda qadın azyaşlı uşaqları ilə birlikdə özünü yandırdı

İrəvanda 40 yaşlı qadın iki azyaşlı uşağı ilə birlikdə intihara cəhd edib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə Xandjyan və Nalbandyan küçələrinin kəsişməsində ötən gecə saat 23:10 radələrində baş verib.

L.S üzərinə benzin töküb və biri 2, digəri 5 yaşında olan uşaqları ilə özünü yandırmaq istəyib. Lakin intihar cəhdinin qarşısı polis tərəfindən alınıb. Qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir. Uşaqlar zərər çəkməyib.

Hadisənin motivləri ictimaiyyətdən gizlədilsə də, bəzi KİV-lər qadının yoxsulluqdan intihara cəhd etdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm