G-20 sammiti Azərbaycana nə verəcək? - ŞƏRH
Bizi izləyin

Dünya

G-20 sammiti Azərbaycana nə verəcək? - ŞƏRH

“Noyabrın 15-16-da Antalyada keçiriləcək G-20 sammitində Azərbaycanın iştirakı çox əhəmiyyətlidir”.


Publika.az xəbər verir ki, bu barədə Strateji tədqiqatlar institutunun iqtisadiyyat sektorunun rəhbəri, rusiyalı politoloq Sergey Karatayev deyib.


Onun sözlərinə görə, sammitdə iştirak Azərbaycan üçün yeni iqtisadi bazarlara çıxış deməkdir: “Sammitin işi əsasən iqtisadiyyat olacaq. Məhz 2008-2009-cu ildə dünyadakı böhran G-20-lər üçün iqtisadiyyat və maliyyə məsələlərini prioritetə çevirdi. Təbii ki, dünyanın ən böyük 20 ölkəsinin liderlərinin toplantısında siyasətsiz keçinmək mümkün deyil”.


Rusiyalı politoloq qeyd edib ki, inkişaf edən Azərbaycanın bu sammitdə iştirakı ilk növbədə iqtisadiyyat baxımından mühümdür.


“Azərbaycan Rusiyanın qonşu ölkəsi olmaqla yanaşı, həm də tərəfdaşıdır. Bu baxımdan, biz öz səylərimizi əlaqələndirə bilərik”, - deyə o bildirib.

Politoloq əlavə edib ki, Azərbaycanı BRİKC (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ilə əməkdaşlığa da cəlb etmək lazımdır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm