Prezident məhkəməyə çağırıldı
Bizi izləyin

Dünya

Prezident məhkəməyə çağırıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və baş nazir köməkçisi Yalçın Akdoğan ifadə verəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi “17-25 dekabr dövlət çevrilişi cəhdi” cinayət işində şikayətçi qismində çıxış edən Rəcəb Tayyib Ərdoğan, Hakan Fidan və Yalçın Akdoğandan ifadənin alınması üçün Ankara Ağır Cinayətlər Məhkəməsinə təlimat verib.

Cinayət işində Rəcəb Tayyib Ərdoğan, Hakan Fidan və Yalçın Akdoğan, həmçinin Ərdoğanın oğlu Bilal Ərdoğan iddiaçı, baş nazir Əhməd Davutoğlu ilə bəzi nazirlər və millət vəkillərinin də aralarında olduğu 27 nəfər zərərçəkən qismində iştirak edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm