Putin: “Rusiya kütləvi silahlanmada iştirak etməyəcək, amma...”
Bizi izləyin

Dünya

Putin: “Rusiya kütləvi silahlanmada iştirak etməyəcək, amma...”

“Rusiya qızğın silahlanmada iştirak etməyəcək, amma 1990-cı illərdə əldən verilən imkanların əvəzini çıxarmaq lazımdır”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə kompleksinin inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.

“Ən yeni silahlar və hərbi texnika ilə təchiz edilmiş müasir ordunun yaradılması müdafiə kompleksinin prioritetlərindən biri olaraq qalır. Doğrusu, bu hər zaman belə olub. Əsas məsələ bu gün nəzərdə tutulmuş planları reallaşdırmaqdır. Bir neçə dəfə bildirmişəm və yenə təkrarlamaq istəyirəm: biz kiməsə çatmaq və onu ötüb keçmək üçün hansısa qızğın silahlanmaya daxil olmağa hazırlaşmırıq. Biz sadəcə 1990-cı illər və 2000-ci illərin əvvəllərində əldən verilən imkanların əvəzini çıxmalıyıq”, - Putin söyləyib.

Rusiya lideri qeyd edib ki, hərbi təlimlər və qəfil yoxlamalar döyüş hazırlığının keyfiyyətinin artdığını təsdiq edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm