Türkiyənin bu bölgəsi “ruhlar şəhəri”nə çevrildi - FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyənin bu bölgəsi “ruhlar şəhəri”nə çevrildi - FOTOLAR

Türkiyənin Diyarbəkir vilayətinin Silvan mahalında 2 aydır silah və partlayış səsləri əskik olmur.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının açdığı xəndəklərin bağlanılması üçün mahalda tətbiq olunan küçəyə çıxma qadağası 10-cu gündür ki davam edir.

Təhlükəsizlik gücləri və terrorçular arasında baş verən qarşıdurmalar nəticəsində yüzlərlə ev və iş yeri yararsız vəziyyətə düşüb. Mahalın mərkəzi olan Silvan şəhərinin bir çox hissəsində çörək, elektrik, su və internet yoxdur.

Mahaldan köçənlərin sayı 20 mini keçib. Şagirdlər və müəllimlər məktəblərə, camaat isə məscidlərə gedə bilmir. Hətta Silvanı “ruhlar şəhəri” adlandıranlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm