Türk biznesmenin cənazə selfisi aləmi bir-birinə qatdı – FOTOLAR
Bizi izləyin

Dünya

Türk biznesmenin cənazə selfisi aləmi bir-birinə qatdı – FOTOLAR

Şırnakın Silopi kəndində PKK terrorçularına qarşı döyüşdə şəhid olan polis zabiti Hilmi Bardakçının ötən gün Adanada cənazə mərasimi keçirilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, cənazə mərasimində bir sıra millət vəkilləri və tanınmış şəxslər də iştirak edib.

Mərasimdə iştirak edən iş adamı, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Çukurova bölgəsinin bələdiyyə sədrliyinə namizədi Əli Uğur Akbaşın telefonla selfi çəkməsi iştirakçıların diqqətindən yayınmayıb.

İş adamının bu cür hərəkəti cənazədə iştirak edənlər tərəfindən birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Əli Uğur Akbaş tanınmış türk aktrisası Yeliz Yeşilmenle evlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm