İstanbulda 11 İŞİD üzvü saxlanıldı - FOTOLAR
Bizi izləyin

Dünya

İstanbulda 11 İŞİD üzvü saxlanıldı - FOTOLAR

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı 20-dən çox ünvanda əməliyyat keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatın keçirilməsində İstanbul Polis İdarəsinin terrorla mübarizə qruplarına xüsusi təyinatlı dəstə və polis helikopterləri də dəstək verib.

Əməliyyatın gedişatında 11 şübhəli saxlanılıb. Onlardan 7-nin əcnəbi olduğu və İŞİD-ə qatılmaq üçün gəldiyi müəyyənləşdirilib.

Şübhəlilərin evlərində və fəaliyyət göstərdikləri ünvanlarda axtarışlar aparılıb. Əməliyyatın davam etdiyi, saxlanılan şəxslərin sayının arta biləcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm