Budapeştdə divardan Holokost qurbanlarının sənədləri tapıldı
Bizi izləyin

Dünya

Budapeştdə divardan Holokost qurbanlarının sənədləri tapıldı

Budapeştdə 1944-cü ildə macar yəhudiləri tərəfindən doldurulmuş 6300 şəxsi iş tapılıb. Avstriya qəzeti “Krone” yazır ki, sənədlər Budapeştin mərkəzində parlament binasının yaxınlığında fərdi evdə təmir işləri aparılan zaman aşkarlanıb.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Budapeşt şəhər arxivinin rəhbəri İştvan Kenereş şəhərin bir neçə hissəsində tapılan bu sənədlərin divara necə və hansı şəraitdə qoyulduğunun məlum olmadığını bildirib:

“Holokost qurbanlarına aid bu sənədlərin böyük tarixi dəyəri var. Onlar mühüm demoqrafiq məlumatları özündə əks etdirir. Qeydiyyat sənədləri yaxşı formadadır. Belə sənədlər şəhərin üç bölgəsində tapılıb. Bu sənədlərin divarın içərisinə necə yerləşdirildiyi məlum deyil”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm