Rusiya ən çox silah alan təşkilatın adını açıqladı
Bizi izləyin

Dünya

Rusiya ən çox silah alan təşkilatın adını açıqladı

İŞİD və Nüsra Cəbhəsi terror təşkilatı əvvəlki kimi ən çox silah alan təşkilatlar siyahısında liderliklərini qoruyub saxlayır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, terror qruplaşmaları maliyyələşdirən mənbələr haqqında məsələ əvvəlki kimi açıq qalır. Rusiyalı diplomat bu məsələnin Moskva tərəfindən dəfələrlə qaldırıldığını deyib.

Qeyd edək ki, Rusiya sentyabrın 30-da Suriyada İŞİD-ə qarşı hava əməliyyatlarına başlayıb. Rəsmi məlumatlara görə, ötən vaxt ərzində yüzlərlə İŞİD döyüşçüsü öldürülüb, terror təşkilatının təxminən 2,7 min obyekti məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm