Təyyarə qəzası ilə bağlı təhqiramiz karikatura - FOTO
Bizi izləyin

Dünya

Təyyarə qəzası ilə bağlı təhqiramiz karikatura - FOTO

Fransanın “Charlie Hebdo” satirik həftəliyi Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiyanın “Airbus A321” sərnişin təyyarəsi ilə bağlı yeni karikatura dərc edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, karikaturada düşən laynerin quyruq hissəsində raket təsvir edilib. Karikaturanın altında “Sinayın üstündə qəza. Nəhayət porno!” yazılıb.

Qeyd edək ki, bu, “Charlie Hebdo”nun təyyarə qəzası ilə bağlı ikinci karikaturasıdır. Satirik həftəlik noyabrın 5-də qəza ilə bağlı iki karikatura dərc edib. Birinci karikaturada terrorçunun başının üstündə uçan bədənlər və laynerin qırıntıları təsvir edilib. İmza isə bu şəkildə idi: “İslam dövləti”: Rusiya bombardmanları intensivləşdirir”. İkinci karikaturada isə insan bədənləri və laynerin qırıntıları arasında kəllə təsvir edilmişdi. “Air Cocaine” ilə uçmaq lazım idi”, - kəllə bildirirdi.

Qəza haqqında karikaturaların təkrar dərci ilə əlaqədar Rusiya İctimai Palatasının komissiya rəhbəri Yelena Sutormina ATƏT-in Söz və Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçə müraciət edib.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm