Avropada İŞİD əməliyyatı: 17 nəfər tutuldu
Bizi izləyin

Dünya

Avropada İŞİD əməliyyatı: 17 nəfər tutuldu

Avropada keçirilmiş anti-terror əməliyyatları nəticəsində cihadçı qrupların üzvü olduqları güman edilən 17 nəfər həbs olunub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, 6 nəfər İtaliyada, 4 nəfər Britaniyada, 3 nəfər isə Norvecdə həbs olunub. Onlardan bəziləri İraq və Suriyaya səfər edərək islamçıların tərəfində vuruşub.

Kodlaşdırılmış JWEB adı daşıyan əməliyyat İtaliya polisi tərəfindən Avropa İttifaqının bir neçə ölkəsinin iştirakı ilə birgə keçirilib. Polisin məlumatına əsasən, şübhəlilər Norvecdə həbs altında saxlanan "Ənsər əl-İslam" radikal kürd qruplaşmasının qurucusu molla Krekarı azad etməyi planlaşdırırmış. Molla Krekar adı ilə tanınan İraq kürdü Nəcməddin Fərəc Əhmədin adı BMT və ABŞ-ın terrorçular siyahısına daxil edilib.

Oktyabr ayında "Charlie Hebdo" satirik jurnalı karikaturaçılarının qətlini açıq şəkildə dəstəklədiyinə görə, Əhməd 18 ay müddətinə azadlıqdan məhrum olunub. O, eləcə də Norvecdə kürd miqrantını öldürməkdə təqsirli bilinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm