Dünya
İŞİD-in cəlladbaşı “99 faiz” öldürüldü
Amerikanın pilotsuz təyyarəsi cümə axşamı Suriyada İŞİD terror qruplaşmasının cəlladı, “Cihadi Con” kimi tanınan Məhəmməd Emvazini vurub.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən “The Washington Post” bildirib.
Zərbə İŞİD-in de-fakto paytaxtı Rakka şəhərinin ərazisində endirilib. Terrorçunun taleyi haqqında dəqiq məlumat yoxdur. Eyni zamanda “Fox News” telekanalı öz mənbələrinə istinadən iddia edir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Emvazinin həlak olmasına “99 faiz” əmindir.
“İslam dövləti” insanlarda qorxu yaratmaq üçün edam təcrübəsini geniş yayıb. Məhəmməd Emvazi İŞİD-in cəlladları arasında böyük şöhrətə sahibdir. O, dünyada ən çox axtarılan cinayətkarlardan biridir. ABŞ onun öldürülməsi üçün 9,4 milyon dollar mükafat təyin edib. Emvazi avqust ayında verdiyi açıqlamasında Böyük Britaniyaya qayıdacağına və “başları kəsməyə” davam edəcəyinə söz verib.
“Cihad Con” haqqında son vaxtlar heç bir informasiya yox idi və onun ölümü haqqında şayiələr dolaşırdı. İyulda yayılan məlumatlardan birinə görə, Britaniya əsilli terrorçu İŞİD-in sıralarını tərk edib. Britaniyalı və amerikalı girovların qatili kimi tanındığına görə qorxan Emvazinin Şimali Afrikaya qaçdığı bildirilirdi. Amma bir neçə gün sonra CNN kanalı iki Amerika məmuruna istinadən onun Rakkada gizləndiyini xəbər verib.
Ömər Dağlı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO
-
İdman01:11Tofiq Musayevə yüksək VƏZİFƏ VERİLDİ
-
Sosial00:30Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə emosional yaxınlıq yaşana bilər
-
Avropa6 Dekabr 23:48Naməlum təhdid davam edir - Vilnüs hava limanı yenə bağlandı
-
İdman6 Dekabr 23:36“Sabah”la AFFA arasında QALMAQAL - Klub açıqlama yaydı






























.jpg)


