• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Peşmərgədən İŞİD-ə Şengal zərbəsi – Mosula yol açıldı

  • Dünya
  • 13 Noyabr 2015 14:30
  • 1 119 Baxış
Peşmərgədən İŞİD-ə Şengal zərbəsi – Mosula yol açıldı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin dəstəyi ilə Mosul vilayətinin Şengal qəsəbəsini İŞİD-dən azad etmək üçün əməliyyata başlayan Peşmərgə gücləri qələbəsini elan edib.

Publika.az “Rudaw” saytına istinadən xəbər verir ki, Peşmərgə komandiri və kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin qardaşı Sihat Bərzani Şengalın azad edildiyini bildirib.

O, 100 İŞİD üzvünün öldürüldüyünü, təxminən 150 kilometr ərazidə nəzarətin təmin edilyini deyib. Sihat Bərzaninin sözlərinə görə, Şengal əməliyyatı Mosul şəhərinin azad edilməsi üçün strateji əhəmiyyətə malik idi.

Peşmərgə mənbələrindən verilən məlumata görə, Peşmərgə gücləri 3 istiqamətdən mahalın mərkəzinə daxil olaraq valiliyin binasını ələ keçirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR