İŞİD-in cəlladbaşının müttəfiqi Türkiyədə saxlanıldı
Bizi izləyin

Dünya

İŞİD-in cəlladbaşının müttəfiqi Türkiyədə saxlanıldı

“Cihadi Con” adı ilə tanınan İŞİD terror təşkilatının cəlladı Məhəmməd Envazinin güman edilən müttəfiqi Eyn Lesli Devis Türkiyədə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə iki yüksək vəzifəli türk məmuruna istinadən “Reuters” agentliyi bildirib.

Mənbələr qeyd edib ki, o, Suriyada xarici əsirlərinin müşayiət edilməsinə görə məsuliyyət daşıyan döyüşçülər qrupuna daxil idi. Məmurlar əməliyyatın digər təfərrüatları barədə məlumat verməyiblər. Onlar əlavə edib ki, polis və xüsusi xidmət orqanları bu iş üzrə araşdırma aparmaqda davam edirlər.

Qeyd edək ki, Amerikanın pilotsuz təyyarəsi cümə axşamı Suriyada İŞİD terror qruplaşmasının cəlladı, “Cihadi Con” kimi tanınan Məhəmməd Emvazini vurub. Bu barədə Ağ Evdəki mənbələrə istinadən “The Washington Post” bildirib.

Zərbə İŞİD-in de-fakto paytaxtı Rakka şəhərinin ərazisində endirilib. Terrorçunun taleyi haqqında dəqiq məlumat yoxdur. Eyni zamanda “Fox News” telekanalı öz mənbələrinə istinadən iddia edir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Emvazinin həlak olmasına “99 faiz” əmindir.

Emvazi İŞİD-in cəlladları arasında böyük şöhrətə sahibdir. O, dünyada ən çox axtarılan cinayətkarlardan biridir. ABŞ onun öldürülməsi üçün 9,4 milyon dollar mükafat təyin etmşdi. Emvazi avqust ayında verdiyi açıqlamasında Böyük Britaniyaya qayıdacağına və “başları kəsməyə” davam edəcəyinə söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm