Türkiyədə İŞİD-in terror aktının qarşısı alındı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Türkiyədə İŞİD-in terror aktının qarşısı alındı – SON DƏQİQƏ

Türkiyənin Qaziantep şəhərində İŞİD-in bir neçə üzvünün hücuma hazırlığının qarşısı alınıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bir neçə terrorçu Qaziantepdə terror aktları törətmək üçün hazırlıq görüb. Hücum planından xəbər tutan Türkiyə xüsusi təhlükəsizlik xidməti 4 terrorçunu zərərsizləşdirməyi bacarıb.

İŞİD üzvləri ilə təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Nəticədə terrorçuların olduğu iki avtomobildən biri vurulub, 4 terrorçu isə öldürülüb. Digər avtomobildə olan terrorçular isə hadisə yerindən qaçmağa müvəffəq olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm