“G20" ölkələrinin sammiti başlayır
Bizi izləyin

Dünya

“G20" ölkələrinin sammiti başlayır

Bu gün Türkiyənin Antalya əyalətinin Bələk kurort qəsəbəsində "Böyük İyirmilik" ölkələri liderlərinin sammiti öz işinə başlayır.

Publika.az Report-a istinadən xəbər verir ki, sammit iki gün davam edəcək.

"Böyük İyirmilik" (G20) - qlobal iqtisadi və maliyyə əməkdaşlığı məsələlərinin müzakirə olunduğu aparıcı forumdur. Forumda payına dünya ÜDM-nin təxminən 85%-i düşən, dünyanın ən iri inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarını özündə birləşdirir. Bu il forumda sədrlik vəzifəsi Türkiyəyə keçib.

Sammitdə 19 üzv dövlət və Avropa İttifaqı nümayəndələrindən başqa Azərbaycan, Zimbabve, Malaziya, Seneqal, Sinqapur prezidentləri, həmçinin BMT, Dünya Bankı, ÜTT, BVF, BƏT, İƏİT daxil olmaqla əsas beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Sammit 129 nəfərin həyatını itirdiyi Paris faciəsi fonunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm