Nazir: “İŞİD-in hücumunu Fransaya bildirmişdik”
Bizi izləyin

Dünya

Nazir: “İŞİD-in hücumunu Fransaya bildirmişdik”

“İraqın kəşfiyyat mənbələri Fransa, ABŞ, İran və digər ölkələrin İŞİD-in hücumuna məruz qalacağı barədə məlumatlar alıb”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib.

Onun sözlərinə görə, kəşfiyyat məlumatları həmin ölkələrə də çatdırılıb.

“İraqa gələn İŞİD üzvləri bir il əvvəl 82 ölkənin vətəndaşları idi. İndi bu rəqəm 100-dən çoxdur. Məsələnin beynəlxalq miqyası ciddi qəbul olunmur”, - nazir söyləyib.

İbrahim əl-Cəfəri terrorun bütün dünya üçün təhdid olduğunu deyib: “Terrorizmə qarşı mübarizə dünyanın bütün ölkələrini maraqlandırır. Misir, Livan, Suriya İraq və Fransada baş verənlər terrorun bütün dünya təhdidi olduğunun ən böyük dəlilidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm