Paris qətliamından ilk görüntülər: “İlk növbədə əlil arabalarını...” - VİDEO
Bizi izləyin

Dünya

Paris qətliamından ilk görüntülər: “İlk növbədə əlil arabalarını...” - VİDEO

Fransanın paytaxtı Parisdəki “Bataclan” konsert salonundakı qətliamın dəhşətli görüntüləri ilk dəfə ortaya çıxıb.

Publika.az xəbər verir ki, konsert salonuna hücum edən İŞİD-çilər nizamsız şəkildə hər yerə atəş açmağa başlayırlar.

Təxminən 1500 nəfərin qarşısında çıxış edən “Rock” musiqi qrupu atəş səslərinin artması ilə çıxışlarını kəsir. Musiqiçilərdən biri güllələrdən qorunmaq üçün barabanın arxasında gizlənir. Musiqiçilərin taleyi haqqında hələ qəti bir məlumat olmasa da konsert qətliamında 80-dən çox adamın öldürüldüyü bildirilir.

Bir anda qan gölünə dönən konsert salonundan qan içində olan divarlar və kürsülər qalıb. Qətliamdan sağ xilas olmağı bacaran hadisə şahidlərdən biri “Kalaşnikov” avtomatı ilə silahlanan 3 terrorçunun içəri daxil olduğunu və ilk olaraq əlil arabalarına atəş açdığını, daha sonra hər kəsi güllə yağışına tutduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm