Obama ilə Putinin nədən danışdığı məlum oldu
Bizi izləyin

Dünya

Obama ilə Putinin nədən danışdığı məlum oldu

Xəbər verildiyi ki, Türkiyənin Antalya şəhərində keçirilən G20 (“Böyük iyirmilik”) sammitində ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında qısa görüş olub.

Publika.az xəbər verir ki, görüşün detalları barədə məlumat verilməsə də liderlərin Suriya məsələsi barədə danışdığı ortaya çıxdı.

İki liderin görüşü təxminən 35 dəqiqə davam edib. Görüşlə bağlı məlumat verən bir Ağ Ev rəsmisi Obama və Putinin görüşünü “konstruktiv” adlandırıb.

İki liderin Suriya məsələsinin həlli barədə fikirlərini ifadə etdiyini deyən səlahiyyətli Parisdəki terror hücumlarından sonra mövzunun daha da aktual olduğunu qeyd edib.

Səlahiyyətli liderlərn Ukrayna böhranını da müzakirə etdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm