Qisas əməliyyatı başladı – İŞİD-in qəlbi vuruldu
Bizi izləyin

Dünya

Qisas əməliyyatı başladı – İŞİD-in qəlbi vuruldu

Parisi qana boyanan terror hücumlarından sonra Fransa İŞİD terror təşkilatına qarşı hava əməliyyatına başlayıb.

.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Fransa qırıcıları İŞİD-in de-fakto paytaxtı sayılan Suriyanın Rakka şəhərini bombalamağa başlayıb.

Fransa Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, hava əməliyyatına 10 döyüş təyyarəsi qatılıb və İŞİD-in hədəflərinə 20 bomba buraxılıb. Vurulan obyektlər arasında İŞİD komandan mərkəzi, təlim düşərgələri və silah-sursat anbarlarının olduğu bildirilir.

Qeyd edək ki, noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Terror aktlarında son məlumatlara görə, 132 nəfər həyatını itirib. Hücumlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm