Daha bir kamikadzenin adı məlum oldu
Bizi izləyin

Dünya

Daha bir kamikadzenin adı məlum oldu

Fransa polisi Parisdə terror hücumlarında iştirak edən daha bir terrorçunun şəxsiyyətini müəyyənləşdirib.

Publika.az xəbər verir ki, bu barədə məhkəmədəki mənbələrə istinadən "Associated Press" agentliyi bildirib.

Agentliyin məlumatına görə, Fransanın 20 yaşlı vətəndaşı Bilal Xadfi “Stad de Frans” stadionu yaxınlığında özünü partladan üç kamikadzedən biridir. Daha əvvəl 31 yaşlı terrorçu İbrahim Əbdüslamın Volter bulvarında özünü partlatdığı məlum olub.

Qeyd edək ki, noyabrın 13-də Parisdə terror aktlarının seriyası həyata keçirilib. Son məlumatlara görə, 129 nəfər həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm