Paris terrorunu bu şəxs təşkil edib: kamikadzelərə telefonla göstəriş verirdi
Bizi izləyin

Dünya

Paris terrorunu bu şəxs təşkil edib: kamikadzelərə telefonla göstəriş verirdi

Fransanın RTL telekanalı Parisdəki terror aktlarının təşkilatçısının adını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, telekanal 27 yaşlı belçikalı Əbdülhəmid Abaudun terror aktlarının təşkilatçısı olduğunu bildirib.

Telekanal İŞİD-in məşhur cəlladlarından olan Əbdülhəmid Abaudun Parisdə terror aktları törədən kamikadzelərlə telefonla ünsiyyət saxladığını xəbər verib.

Telekanal bildirir ki, istintaq məhz Abauda terror aktlarının sifarişçisi və təşkilatçısı kimi baxır. “Onun adı bu ilin yanvarında Belçikadakı terror aktları ilə əlaqədar çəkilirdi. Abaud həmin terror aktlarının təşkilatçısı və maliyyəçisi kimi çıxış edirdi. Həmin vaxt onun mobil telefonu Yunanıstanda lokallaşdırılmışdı”, - telekanalın xəbərində deyilir.

Qeyd edək ki, noyabrın 13-də Parisdə Fransa tarixinin ən qanlı terror hücumu həyata keçirilib. Terror hücumu nəticəsində ən azı 132 nəfər həlak olub, 99-u ağır olmaqla 352 nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm