Bu ölkə Əsədə yaşıl işıq yandırdı: “Qala bilər”
Bizi izləyin

Dünya

Bu ölkə Əsədə yaşıl işıq yandırdı: “Qala bilər”

Qərb Suriyadakı vətəndaş müharibəsinin başa çatdırılması naminə Bəşər Əsədin qalmasına hazırdır.

Publika.az xəbər verir ki, bu barədə BBC-yə açıqlamasında İngiltərənin baş naziri Devid Kameron bildirib.

Türkiyənin Antalya şəhərində keçirilən G20 (“Böyük iyirmilik”) Liderlər Zirvəsində iştirak edən baş nazir özünün və digər dünya liderlərinin Suriya prezidentinin sülh prosesinin sonunda postundan getməsində israr etmədiyini deyib.

İran və Rusiyanın Əsədlə bağlı mövqeyi bundan ibarətdir ki, liderin kimliyinə Suriya xalqının özü qərar verməlidir. ABŞ, Fransa, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Əsədin ancaq keçid hökumətində qala biləcəyini, yəni vəzifə müddətinin 18 aydan çox ola bilməyəcəyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm