Məscidə od vuruldu - FOTO
Bizi izləyin

Dünya

Məscidə od vuruldu - FOTO

Kanadanın Ontario vilayətindəki Peterboro şəhərində naməlum şəxslər məscidə od vurublar.

Milli.az bildirir ki, yanğın yerli müsəlmanlardan birinin oğlunun anadan olmasına həsr olunmuş bayram tədbirindən yarım saat sonra baş verib.

Peterboro müsəlman icmasının rəhbəri Kenza Abdullanın dediyinə görə, yanğında xəsarət alan olmasa da, məscidə böyük ziyan dəyib və o, bağlanıb.

Polis olayı araşdırır. İlkin məlumata görə, məscidin yandırılması Parisdəki teraktlarla bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm