Kürd lideri əməliyyat olundu
Bizi izləyin

Dünya

Kürd lideri əməliyyat olundu

Türkiyədə kürdləri təmsil edən Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirdaş burnundan əməliyyat olunub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, kürd lideri S.Dəmirdaş indiyədək qaymorit xəstəliyindən əziyyət çəkirmiş. O, bu səbəbdən də noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçirilmiş seçkilərdə qələbə qazanan millət vəkillərinin andiçmə mərasiminə də qatılmayacaq.

HDP-dən bildirilib ki, S.Dəmirdaş xəstəxanadan çıxandan sonra and içəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm