Obama saqqız çeynədi, Ərdoğan isə...
Bizi izləyin

Dünya

Obama saqqız çeynədi, Ərdoğan isə...

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çıxış edərkən Barak Obama saqqız çeynəyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, G20 zirvəsinin iş yeməyi başlayarkən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan iştirak edən liderlər qarşısında çıxış edib.

Ərdoğan öz çıxışında deyib ki, Parisdəki terror aktları, terrorizm, Suriyadakı müharibə və sığınacaq axtaran şəxslərin böhranı kimi qlobal problemlər qlobal cavablar tələb edir.

Ərdoğanın çıxışı zamanı Barak Obama isə saqqız çeynəməsi ilə diqqət çəkib.


Qeyd edək ki, bu, Obamanın ilk belə davranışı deyil. O, bir il öncə Çində də saqqız çeynəyərək qəribə davranışlar sərgiləmişdi.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm