Rusiya təyyarəsi terror aktının qurbanı olub - RƏSMİ
Bizi izləyin

Dünya

Rusiya təyyarəsi terror aktının qurbanı olub - RƏSMİ

Oktyabrın 31-də Misirin Sinay yarımadasında baş verən qəzanın səbəbi terror olub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov bildirib.

“Demək olar ki, bu, terror aktıdır”, - Bortnikov vurğulayıb.

Onun sözlərinə görə, ekspertiza qəzaya uğrayan təyyarənin qırıntılarında partlayıcı maddələr aşkar edib.

Qeyd edək ki, qəzaya görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. ABŞ başda olmaqla, bir sıra Qərb ölkələrinin kəşfiyyatı da qəzanın səbəbinin terror olduğunu açıqlayıb.

Qeyd edək ki, qəza nəticəsində 7-si ekipaj üzvü olmaqla 224 nəfər həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm