Putin onları tapanlara 50 milyon dollar mükafat verəcək
Bizi izləyin

Dünya

Putin onları tapanlara 50 milyon dollar mükafat verəcək

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında partlayışa cəlb olunan terrorçuların tapılmasına kömək edəcək informasiyaya görə 50 milyon dollar mükafat təyin edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə FTX-nin ictimai əlaqələrinin mərkəzindən bildirilib.

Qeyd edək ki, FTX-nin başçısı Aleksandr Bortnikov Rusiya təyyarəsinin terror aktının qurbanı olduğunu açıqlayıb. “Demək olar ki, bu, terror aktıdır”, - Bortnikov vurğulayıb.

Onun sözlərinə görə, ekspertiza qəzaya uğrayan təyyarənin qırıntılarında partlayıcı maddələr aşkar edib. Aleksandr Bortnikov bildirib kii, trotil ekvivalenti 1,5 kiloqrama qədər olan əldəqayırma partlayıcı qurğunun partlayışı laynerin qəzasının səbəbi olub.

Rusiya prezidenti Vladimir Putin Misirin Sinay yarımadasında Rusiya təyyarəsinin qəzasının səbəbləri ilə bağlı aparılan araşdırmanın nəticələrinin açıqlandığı müşavirədə deyib ki, sərnişin təyyarəsinin partlayışına cəlb olunan terrorçular planetin istənilən nöqtəsində tapılacaq və cəzalandırılacaq.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm