Rusiyanın qanadlı raketləri Türkiyə üzərində
Bizi izləyin

Dünya

Rusiyanın qanadlı raketləri Türkiyə üzərində

Rusiya ordusu Aralıq dənizindən İŞİD terror qruplaşmasının de-fakto paytaxtı Suriyanın Rakka şəhərini qanadlı raketlərlə vurub.

Publika.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinə istinadən “Le Monde” nəşri bildirib.

Nəşrin məlumatına görə, Rusiya raketləri ilk dəfə Türkiyə ərazisindən uçub. Raketlər "Rostov Don" dizel-elektrik sualtı gəmidən atılıb.

Qeyd edək ki, oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsinin içəridə yerləşdirilən partlayıcı ilə partladılmasının rəsmi şəkildə açıqlanmasından sonra Rusiya prezidenti Vladimir Putin İŞİD-ə qarşı əməliyyatların intensivləşdirilməsi barədə göstəriş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm