Paris dağılır: iki sərnişin təyyarəsi endirildi, terrorçulara qarşı böyük əməliyyat başladı, yaralılar var – FOTOLAR
Bizi izləyin

Dünya

Paris dağılır: iki sərnişin təyyarəsi endirildi, terrorçulara qarşı böyük əməliyyat başladı, yaralılar var – FOTOLAR

Fransa polisinin xüsusi təyinatlı qüvvələri paytaxt Parisin şimalında yerləşən Denis bölgəsində terrora qarşı silahlı əməliyyata başlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, əməliyyat hazırda da davam edir. Bölgə sakinləri bildirib ki, hazırda ərazidən silah səsləri silah eşidilir, polislər arasında yaralananlar var.

Əməliyyat Bakı vaxtı ilə bu gün saat 07:45-də başlayıb. Bölgə polisin nəzarətinə götürülüb, əraziyə minlərlə polis əməkdaşı cəlb olunub. Polis əhaliyə evdən küçəyə çıxmamaq barədə xəbərdarlıq edib.

***

ABŞ-dan Fransaya uçan iki təyyarə təcili yerə endirilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, təyyarələrdən biri dərhal ABŞ hava limanına geri qayıdıb, digəri isə Kanada hava limanına enib.

ABŞ-ın xüsusi xidmət orqanları “bomba həyəcanı”nın Belçikadan edildiyini müəyyən edib. Belə ki, hər iki təyyarəyə eyni telefon nömrəsindən “bomba həyəcanı” verilib.

Hər iki təyyarənin sərnişinləri təxliyə olunub, xüsusi itlərlə təyyarələrdə axtarış işləri aparılır.

Təyyarələr tam yoxlanıldıqdan sonra uçuşa icazə veriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm