Parisdə 3 terrorçu məhv edildi, 3-ü tutuldu
Bizi izləyin

Dünya

Parisdə 3 terrorçu məhv edildi, 3-ü tutuldu

Fransa polisi Parisin Sen-Deni şəhərətrafında keçirilən xüsusi əməliyyatın gedişatında üç terrorçunu məhv edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə RTL radiostansiyası bildirib.

İlkin informasiyaya görə, mühasirəyə alınan mənzillərdən birində altı terrorçu olub. Onlardan üçü əməliyyatın gedişatında saxlanılıb. Biri snayper tərəfindən məhv edilib. Qadın kamikadze özünü partladıb. Son məlumatlara görə, daha bir terrorçu öldürülüb.

Paris prokurorluğunun məlumatına görə, xüsusi əməliyyatın gedişatında beş nəfər həbs edilib. Polisdəki mənbəyə istinadən RTL radiostansiyası şübhəlilərdən birinin qaçaraq gizlənə bildiyini xəbər verib. İlkin informasiyaya əsasən, dörd polis yaralanıb. Bu informasiya hələ rəsmən təsdiq edilməyib.

“France Info” radiostansiyası qeyd edir ki, polisin mühasirəyə aldığı zonada 7-8 partlayış baş verib.

Bildirilir ki, polisin Parisdə keçirdiyi əməliyyatın məqsədi terror aktlarının təşkilatçısı olduğu deyilən Əbdülhəmid Abaudu tutmaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm