İŞİD Rusiya təyyarəsini bununla partlatdı – FOTO
Bizi izləyin

Dünya

İŞİD Rusiya təyyarəsini bununla partlatdı – FOTO

İŞİD terror təşkilatı Rusiyanın sərnişin təyyarəsinin partladılmasında istifadə olunan bombanın fotoşəklini dərc edib.

Publika.az “İntarfaks” agentliyinə istinadən xəbər verir ki, bombanın fotoşəkli terror təşkilatına yaxınlığı ilə tanınan “Dabiq” jurnalında çap olunub.

Fotoşəkildə bir içki qutusu və məftilə bağlanmış işəsalma qurğusu görünür.

Rusiyanın “Kommersant” qəzetinin xəbərinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) mütəxəssisləri partlayışın təyyarənin arxa hissəsində olduğunu müəyyən ediblər. Mütəxəssislərin fikrincə, bomba pəncərə tərəfdə oturan sərnişinin kreslosunun altına qoyulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm