Əsəd şərtini açıqladı: “İstefa verəcəm, amma...”
Bizi izləyin

Dünya

Əsəd şərtini açıqladı: “İstefa verəcəm, amma...”

Suriya prezidenti Bəşər Əsəd “İslam dövləti” (İŞİD) terror qruplaşmasının üzərində qələbədən iki il sonra istefa verəcək.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Bəşər Əsəd bu barədə İtaliyanın RAI telekanalına müsahibəsində deyib.

“Siyasi keçidin reallaşdırılması terrorizm üzərində qələbədən sonra olmalıdır. Terrorçuların Suriyada əhəmiyyətli rayonlara nəzarət etdiyi müddətdə siyasi planda nəticələr əldə etmək mümkün deyil", - Əsəd əlavə edib.

Əsəd terrorçular üzərində qələbədən sonra siyasi keçid dövrünün müddətinin 1,5-2 il çəkəcəyini deyib. O, prezident seçkilərində iştirakını da istisna etməyib: “Bu məsələdə heç bir qadağanedici “qırmızı xətt” yoxdur. Əgər mən suriyalılar tərəfindən prezident seçilərəmsə, onları yaxşı gələcək gözləyir”.

Əsəd həmçinin qeyd edib ki, seçkilərsiz hakimiyyətdə qalmaq qərarı onun üçün siyasi səhv olardı.

Xatırladaq ki, noyabrın 13-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Suriya zirvəsində razılaşma əldə olunub. Razılaşmaya görə, Suriyada 6 ay ərzində keçid hökuməti yaradılacaq, 18 ay ərzində isə seçkilər keçiriləcək. Altı aylıq keçid prosesində Suriyanın yeni konstitusiyasının qəbulu nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm