Polislə vətəndaşlar arasında atışma olub – FOTOLAR
Bizi izləyin

Dünya

Polislə vətəndaşlar arasında atışma olub – FOTOLAR

Türkiyənin Adana şəhərində qeyri-qanuni fəaliyyət göstərdiyi üçün sökülməsi barədə qərar verilən balıqçı restoranın əməkdaşları polisə silahlı müqavimət göstərib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün bələdiyyə işçiləri Mehmet Nugaya aid restoranı sökmək istəyib.

Bələdiyyə üzvlərini görən Mehmet Nugayın oğlu Ramazan Nugay pnevmatik tüfənglə, qardaşı oğlu Çingiz Nugay isə 2 dönər bıçağı ilə müqavimət göstəriblər. Bundan sonra bələdiyyə qrupu polisdən yardım istəyib. Qısa müddətdə bölgəyə xeyli polis cəlb edilib. Polislər uzun müddət onları restoranın damından düşürmyə çalışıb.

Lakin hadisə yerinə gələn vətəndaşlardan biri polisə hücum edib. Şəxsiyyəti məlum olmayan gənc zərərsizləşdirilib. Bundan sonra damdakı Ramazan Nugay pnevmatik tüfənglə atəş açıb. Polislər cavab atəşi açmağa məcbur olublar.

Beş dəqiqə davam edən qarşıdurmadan sonra Ramazan Nugay və Çingiz Nugay təslim olublar.

Mehmet Nugay polisdən restoranın boşaldılması üçün müddət istəyıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm