Kamikadze qadının polislə danışığı yayıldı - VİDEO
Bizi izləyin

Dünya

Kamikadze qadının polislə danışığı yayıldı - VİDEO

Xəbər verildiyi kimi, noyabrın 18-də Parisin Sen-Deni şəhərətrafında terrorçulara qarşı əməliyyat keçirilib. Əməliyyatın gedişatında 3 terrorçu öldürülüb, kamikadze qadın isə özünü partladıb.

Publika.az xəbər verir ki, kamikadze qadının əməliyyata qatılan polis əməkdaşlarından biri ilə son danışığı ortaya çıxıb.

Əməliyyatın həyata keçirildiyi ərazidə yaşayan sakin tərəfindən qeydə alınan görüntülər TFI kanalı yayımlayıb. Görüntülərdə polis və kamikadze qadın görünmür, ancaq aralarındakı dialoq aydın şəkildə eşidilir.

Polis “ərin haradadır” deyə soruşur. Qadın isə polisə ”o, mənim ərim deyil” sözləri ilə cavab verir. Kamikadze qadın bu sözləri bir neçə dəfə təkrarlayır və daha sonra özünü partladır. O, ölmədən əvvəl “kömək edin, kömək edin!” deyə qışqırır.

Onun Paris hücumların “beyni” olan və əməliyyat zamanı öldürülən Əbdülhəmid Abaoudun əmisi qızı olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm