Qorbaçovun ölüm xəbəri yayıldı
Bizi izləyin

Dünya

Qorbaçovun ölüm xəbəri yayıldı

Böyük Britaniyanın BBC telekanalı SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun öldüyü barədə xəbər yayıb.

ANS-in məlumatına görə, BBC bu xəbəri yaysa da informasiyanın təsdiq olunması barədə sübutlar yoxdur.

Artıq bir çox agentliklər Britaniyanın BBC kanalına istinadən bildirib ki, Sovet İttifaqı Kommunist Partiyasının MK-ın sabiq-baş katibi Mixail Qorbaçov ölüb.

“Bu gün mən şəxsən Mixail Serqeyeviçlə görüşdüm. O, xeyli gümrah görünürdü”, - deyə Qorbaçov Fondunun mətbuat katibi bildirib. Onun sözlərinə görə, noyabrın 18-də Qorbaçovu şəxsən görüb və bu gün isə onunla telefonda danışıb.

20 Yanvar faciəsinin əsas günahkarlarından biri Mixail Qorbaçovun səhhəti bir neçə dəfə qəfil pisləşib. Qorbaçov sentyabr ayında ağır vəziyyətdə təcili olaraq Moskvadakı klinikalardan birinə yerləşdirilmişdi. Bundan əvvəl, iyulun ortalarında onun beyinində və ürəyində yaranan problemlərə görə qismən iflic olması barədə xəbərlər yayılmışdı. 84 yaşlı Qorbaçov son zamanlar daim xarici ölkələrdə müalicə kursu keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm