İş adamı öldürülüb tarlaya atıldı
Bizi izləyin

Dünya

İş adamı öldürülüb tarlaya atıldı

Türkiyədə iş adamı ortağı tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Əskişəhər bölgəsində baş verib.


Dörd gün öncə iş yerinə gedən 53 yaşlı Güvən İldırım, axşam evə dönmədiyi üçün ailəsi polisə müracət edib. Polis evli və iki uşaq atası olan Güvən İldırımın axtarışına başlayıb. Məlum olub ki, G.İldirım həmin gün axşam ən son Yersəl Dəniz adlı iş ortağı ilə görüşüb. Ortaqlar arasında yaranan mübahisə Güvən İldırımın ölümü ilə nəticələnib. Belə ki, ortağının başını çəkiclə əzən 26 yaşlı Yersəl Dəniz onu qətlə yetirdikdən sonar metal qutunun içinə qoyaraq tarlaya atıb.

Qeyd edək ki, cinayəti törətməkdə təqsirli bilinən şəxs saxlanılıb.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm