İŞİD-i silahlandıran ölkənin adı açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-i silahlandıran ölkənin adı açıqlandı

“İslam dövləti”nə (İŞİD) dəstək göstərməkdə şübhəli bilinərək Küveytdə həbs edilən livanlı Usama Xayat Ukraynanı satıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Usama Xayat hüquq-mühafizə orqanlarına verdiyi ifadəsində Ukraynadan silah aldıqlarını və Türkiyə vasitəsilə Suriyaya göndərdiklərini bildirib.

Dünən Küveyt Daxili İşlər Nazirliyi müxtəlif ölkələrin altı vətəndaşının tutulduğunu açıqlayıb. Onların İŞİD-in təchizatı ilə məşğul olduğu bildirilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, məhz Xayat zərərsizləşdirilən ekstremistlərin başçısıdır.

Xayat həmçinin etiraf edib ki, İŞİD-ə döyüşçüləri cəlb etməyə və pul toplamağa kömək edirdi. Polis digər beş nəfərin də rollarını dəqiqləşdirib. Üç suriyalı silah ticarəti, digər suriyalı isə maliyyə məsələləri ilə məşğul olurdu. Küveytli isə lojistik dəstək məsələlərinə cavab verirdi.

Qrupalaşmanın digər üzvləri iki suriyalı ilə avstraliyalı və Livan vətəndaşlığına malik olan iki nəfər hələ azadlıqdadır.

Qeyd edək ki, Suriyaya Ukrayna silahlarının çatdırılacağı barədə xəbər hələ oktyabrın sonunda yayılmışdı. Livanın “El-Ekber” nəşri bildirmişdi ki, Türkiyə və Səudiyyə Ərəbistanı Rusiya qırıcıları və vertolyotların hücumlarından qorunmaq üçün Suriya müxalifətinə Ukrayna ordusuna aid “SAM-8” və “SAM-9” raketləri verəcək.

Nəşr qeyd edib ki, Türkiyə-Səudiyyə planına görə, Ukrayna ordusundan alınacaq raketlər Suriyanın şimalındakı müxalifət güclərinə veriləcək və müxalifət güclərinin Rusiyanın hücumlarından müdafiəsini asanlaşdıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm