Ankara ballistik raketlərdən, İstanbul pilotsuz təyyarələrdən... - ŞOK SSENARİ/ VİDEO
Bizi izləyin

Dünya

Ankara ballistik raketlərdən, İstanbul pilotsuz təyyarələrdən... - ŞOK SSENARİ/ VİDEO

Türkiyəyə qarşı mümkün hava hücumlarını analiz edən Müdafiə Sənayesi Müşavirliyi (SSM) mümkün təhlükələrə qarşı ssenarilər hazırlayıb.

Publika.az xəbər verir ki, ssenarilər hazırlanacaq milli raketdən müdafiə sistemlərinin Anadolunun hansı nöqtələrində yerləşdirilməsini özündə əks etdirir.

SSM-nin hazırladığı “Hava hücumundan müdafiə anlayışı və uzun mənzilli hava hücumundan müdafiə sistemi” başlıqlı videoda hücuma məruz qala biləcək yaşayış məntəqələri və strateji obyektlər göstərilib. Müdafiə Sənayesi Müşavirliyi hesab edir ki, Ankara və İstanbul kimi böyük şəhərlərlə yanaşı, Diyarbəkr hava bazası, Aksaz dəniz bazası və Mersin Akkuyu Nüvə Stansiyası xarici hücumların əsas hədəfləri sırasındadır.

“Youtube”də də paylaşılan videoda mümkün təhlükə ssenariləri və bu təhlükələrin qarşısının alınması yolları göstərilib.

Ssenari 1: Türkiyə sərhədləri xaricindən Ankaranın şəhər mərkəzinə orta mənzilli (1300+ km) ballistik raket təhlükəsi. Bu təhlükə Ankarada yerləşdirilən uzun mənzilli raketdən müdafiə sistemi ilə məhv ediləcək.

Ssenari 2: İstanbul şəhərinin mərkəzinə 300+ kilometr mənzilli pilotsuz uçuş aparatlarının yaratdığı təhlükə. Bu təhlükə İstanbulda yerləşdirilən uzun mənzilli raketdən müdafiə sistemi ilə məhv ediləcək. Sensorlar tərəfindən müəyyənləşdirilən pilotsuz uçuş aparatları kəşfiyyat vəzifəsini yerinə yetirməyə və silahdan istifadə etməyə imkan tapmadan 120 kilometr məsafədə vurulacaq.

Ssenari 3: Diyarbəkr 2-ci Hava Qüvvələri Komandirliyinin 8-ci əsas təyyarə bazasına düşmən qüvvələr tərəfindən buraxılan 250+ kilometr mənzilli raket təhlükəsi. Bu təhlükə Diyarbəkrdə yerləşdiriləcək orta mənzilli raketdən müdafiə sistemi ilə məhv ediləcək.

Ssenari 4: Aksaz dəniz bazasına açıq dənizdən 120+ kilometr mənzilli raket təhlükəsi. Bu təhlükə Aksazda yerləşdirilən qısa mənzilli havadan müdafiə sistemi ilə məhv ediləcək.

Ssenari 5: Akkuyu Nüvə Stansiyasına açıq dənizdən uzun mənzilli (250+ km) raketlə təchiz olunan döyüş təyyarəsi təhlükəsi. Döyüş təyyarələri normalda qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin radiusuna daxil olmadan zərbə endirmək iqtidarındadır. Bu təhlükə Akkuyuda yerləşdirilən uzun mənzilli hava hücumundan müdafiə sistemi ilə məhv ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm